IQNA

"Əl-İxvan Əl-Müslimin" (Müsəlman Qardaşlar) hərəkatı mitinq və aksiyaları dayandırsınlar

10:47 - August 20, 2013
Xəbər sayı: 2577737
Beynəlxalq qrup: Tariq Ramazan – İsveçli İslamşünas və Həsən Əl-Bənnanın ("Əl-İxvan Əl-Müslimin" Hərəkatının təsisçisi) qızından nəvəsi, "Əl-İxvan Əl-Müslimin"in məsulları və tərəfdarlarından aksiya və mitinqləri dayandırmaqlarını tələb etdi.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "algerie-focus" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Tariq Ramazan – İsveçli İslamşünas və Həsən Əl-Bənnanın ("Əl-İxvan Əl-Müslimin" Hərəkatının təsisçisi) qızından nəvəsi, "Lo-Parizyen" qəzetinə verdiyi müsahibəsində Misirdəki etiraz toplantılarının və aksiyaların davamının faydasız olduğunu bildirərək "Əl-İxvan Əl-Müslimin"in məsulları və tərəfdarlarından aksiya və mitinqləri dayandırmalarını tələb etdi.
Tariq Ramazan – İsveçli İslamşünas və OXFORD universitetinin İslami Tədqiqatlar ustadı, Misirdəki mitinq və aksiyaların vətəndaşlarının zərərinə olduğunu, daxili müharibəyə gətirib çıxaracağını və Misirli vətəndaşlar arasında parçalanma yaradacağını bildirərək "Əl-İxvan Əl-Müslimin"in məsulları və tərəfdarlarından "Bütöv Misir"i qorumaq üçün aksiya və mitinqləri dayandırmalarını istədi.
O, müsahibəsində bildirmişdir ki, "Əl-İxvan Əl-Müslimin" hər gün Qoşun və Nizami qüvvələr tərəfindən sıxışdırılaraq vətəndaşlardan təcrid edilir, siyasi və ictimai təzyiqlərə məruz qalır, başçılar tutulur. Buna görə də əgər "Əl-İxvan Əl-Müslimin" Misirin parçalanmamasını və vətəndaşların təhlükəsizliyini və onlara qarşı zorakılıqların sona çatmasını istəyirsə aksiya və mitinqlərə son qoymalıdır. Əgər Məhəmməd Mursi bütün siyasi və məzhəbi tayfalar qarşısında doğru siyasət yürütsəydi indi bu hadisələrin şahidi olmazdıq!
1274680

captcha