IQNA

Fələstinin tanınmış şəxsiyyətləri:

Azanın yayılmasının qarşısını almaq cinayətdir

9:42 - February 15, 2017
Xəbər sayı: 3481352
Fələstinin tanınmış siyasi şəxsiyyətləri işğalçı sionist rejiminin Azan yayılmasının qarşısını almağa çalışmasını beynəlxalq qanunlara zidd və Fələstinlilər əleyhinə cinayət olduğunu vurğuladılar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fələstinin Milli Məclisinin nümayəndələri və tanınmış siyasi şəxsiyyətləri işğalçı sionist rejiminin Azan yayılmasının qarşısını almağa çalışmasını beynəlxalq qanunlara zidd olduğunu dedilər və bunu Fələstin milləti əleyhinə həyata keçirilən cinayət hesab etdilər.

Siyasi şəxsiyyətlər vurğulayıblar ki, fələstinlilər dini ayinlərin icarsında onların azadlığını hədəfə alan bütün layihə və proqramlara qarşı çıxacaqlar və mübarizə aparacaqlar.

Əhməd əl-Müdəllil – Fələstinin İslami Cihad Hərəkatının məsulu, "əl-ALƏM"-in müxbiri ilə müsahibəsində deyib: Sionist düşmən Azanın yayılmasına qadağa qoymaqla hələ də öz anti- Fələstin cinayətlərinə davam edir və onların bu addımı dünyadakı bütün müsəlmanların dini hislərinə qarşı kobudluqdur.

O, müsahibəsində fələstinlilərin arasında yaranmış ixtilaflara da işarə edərək bu barədə xəbərdarlıq etdi və bildirdi ki, düşmən bu ixtilafdan istifadə edir, cinayətlərinin üstünü örtür və Fələstin milləti əleyhinə təcavüzlərini gücləndirir.

Əhməd Əbu Həlibə - Fələstin Milli Məclisinin nümayəndəsi və "Beynəlxalq Qüds Müəssisəsi"nin rəisi, deyib: Qüds əhalisi və işğal edilmiş ərazilərdə yaşayan fələstinlilər 1948-ci ildən daima mübarizə aparırlar ki, sionistlərin "azan qadağası" layihəsinə təslim olmasınlar və bu planı icra etməyə qoymasınlar. Çünki Azanın minarələrdən səsucaldıcılar ilə verilməsini dinin əsas atributlarından biri hesab edirlər.

Amal Həmd – Fəth Hərəkatının məsullarından biri, bu barədə deyib: Sionist rejiminin Azan qadağası barədə qərarı Fələstin milləti əleyhinə işlənmiş çox təhlükəli bir cinayətdir. Bu qərar beynəlxalq qanunların ziddinədir və din və əqidə azadlığı qanunlarını ayaq altına atır.

http://iqna.ir/fa/news/3574503

Teqlər: iqna ، fələstin ، fəth ، həmas ، qüds ، azan
captcha