IQNA

Tehranın Cümə xətibi:

Lənət olsun Səud rejimini uşaq qatili elan etdikdən sonra qərarlarından dönənlərə!”

20:17 - February 17, 2017
Xəbər sayı: 3481356
"Xalqımız bahalaşmadan, işsizlikdən, narkomaniyanın artmasından və digər bu kimi məsələlərdən əziyyət çəkirlər"- Bu sözləri Tehranın cümə xətibi Kazım Siddiqi deyib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.az-a istinadla verdiyi xəbərə görə, Tehranın Cümə xətibi İran xalqının İslam İnqilabının ildönümü münasibətilə mötəşəm yürüyüşünə toxunan imam cümə bilidirib:

"Buna görə şükür səcdəsi etmək lazımıdır. Allah sizi bu günlərdə meydanlara çıxarmaqla dünyanın ən üstün xalqı etmək istəyir. Ayətullah Xamenei xalqın ruhudur və millətin qəlbi onunla döyünür. O xalqın ABŞ prezidentinə yürüyüşdə cavab verəcəyini deyərək, düzgün proqnoz verdi. Xalqın yürüyüşdə iştirak etməsi bu anlamda deyil ki, dövlətdən narazı deyillər. Xalqımız bahalaşmadan, işsizlikdən, narkomaniyanın artmasından və digər bu kimi məsələlərdən əziyyət çəkirlər. Bəzi məsələlər də var ki, camiə tribunasından deməyə xəcalət çəkirəm. Bəziləri xalqın barışığından söz açır. Kim kimdən küsüb ki? Xalqımız bir ümmətdir. Dünən İmam Hüseyni (ə) təhqir edənlər, fitnə törədənlər, islam hakimiyyətini qəbul etməyənlər, "Nə Qəzza, nə Livan” şüarları səsləndirənlər xalqın barışığından söz açırlar. Xeyr, xalqımız sizinlə barışmayacaq! Bəziləri də deyirlər ki, nüvə razılığı olmasaydı müharibə olacaqdı. Bu böyük yalandır. Dünya bizimlə müharibəyə girişmirsə, bunun səbəbi özlərində bu gücü görmədikləri üçündür. Biz bu gün 2 müharibəylə üz-üzəyik; iqtisadi və mədəni. Düşmən, məmurlarımızın düşüncəsini Rəhbərimizin bəyan etdiyi iqtisadi müqavimət məsələsindən uzaqlaşdırmaq niyyətindədir.”

Bəhreyndə baş verən hadisələrə münasibət bildirən höccətül-islam Siddiqi "Bəhreyn xalqı inqilablarının altıncı ildönümünü qeyd edirlər. Bu günədək müxtəlif işkəncələr və şəhidlər qeydə alınıb, lakin bütün bunlara baxmayaraq Bəhreyn xalqı daha möhkəm olublar. Ali-Xəlifə rejiminə tövsiyəm budur ki, İran şahının yolunu getməsin. Şah da İmam Xomeynini Türkiyəyə sürgünə göndərdi. Siz də bunu etmək niyyətindəsiz. Son günlərinizdir, xalqa görmət bəsləyin. Xalqın istədiyi müstəqillikdir, bir səsdir. Onlar qalib gələcək və siz bu qədər zülmünüzlə Allahın qəzəbinə tuş gələcəksiniz.” - deyə əlavə edib.

Ali-Səudun Yəməndə yas mərasiminə hücumunu da gündəmə gətirən imam cümə bildirib: "Nə vaxta qədər uşaq öldürmək niyyətindəsiniz? Lənət olsun BMT-yə! Lənət olsun Səud rejimi bir gün uşaq qatili hesab edib, rüşvətlə qərarlarından dönənlərə!”



captcha