IQNA

"ABŞ terrorçulardan istifadə etdi, indi onları qurban verir"

14:47 - March 19, 2017
Xəbər sayı: 3481462
“Hizbullah” təşkilatının lideri Xanım Zəhranın (ə) doğum günü münasibətilə çıxış edib.


İQNA-nın İslamazeri.az-a istinadən verdiyi xəbərə əsasən, Suriya böhranına toxunan Seyid Həsən Nəsrullah bildirib:"Suriyanın dostu olaraq cəm olan bölgə və dünya ölkələri əslində Suriya əleyhinə addımlar atırlar. Lakin buna baxmayaraq ciddi şəkildə məğlubiyyətlər yaşayıblar. Suriya müharibəsində xərclənən bütün mallar ərəblərə aid olub. Terrorçuların dünyanın müxtəlif yerlərindən Suriyaya gəlməsinə səbəb məhz bu mallar olub. Onların hədəfi Suriya dövlətini devirmək və onları müqavimət xəttindən ayırmaq olub. Sonda da təkfirçi qruplar siyasi həll yolunu qəbul etməyib, müharibənin davam etməsini istədilər.”

ABŞ-ın sonda müttəfiqlərini qurban edəcəyini deyən Seyid Nəsrullah"ABŞ və müttəfiqləri terrorçuların Suriyaya gətirdilər və bunu müqavimət əleyhinə etdiklərini də etiraf etdilər. Bunda öncə də təkfirçi qruplara dedim ki, sizi bura gətirməkdən məqsədləri alova odun olmağınızdır.”,-deyə əlavə edib.

Suriyada və İraqda sivil vətəndaşlar əleyhinə qeydə alınan terror aktlarını terrorçuların məğlubiyyəti kimi dəyərləndirən "Hizbullah” lideri bildirib:"İŞİD-in İraqda və Suriyada artıq gələcəyə sahib deyil və sonları çataıb. ABŞ və müttəfiqləri tərəfindən yaranmış olan "Nusra cəbhəsi” də ABŞ koalisiya tərəfindən bombardman edilir. ABŞ münafiqdi. Əvvəllər terrorçulardan istifadə etdi, indi isə onları qurban verir. Terrorçu qruplaşmalar məhv olma astanasındadır. İmperialist qüvvələrin yaratdığı əjdahalar özləri əleyhinə təhlükəyə səbəb olub.”

Müqavimətin heç vaxt məğlub olmayacağını vurğulayan müqavimət lideri sözlərinin sonunda deyib:"Bir daha Suriyada vuruşanlara deyirəm: Sizin planlarınız uğursuz olacaq. İŞİD-in məğlub olması müqavimət cəbhəsinin qələbəsi, Sionist rejiminin isə məğlubiyyətidir. Müqavimət Suriyada, İraqda və Yəməndə heç vaxt məğlub olmayacaq. Düşmən cəbhəsində yer alanlara tövsiyə edirəm ki, müqavimət və ümmət cəbhəsinə qoşulsanlar.”

Teqlər: abş ، terror ، iqna ، hizbullah ، Hz. Zəhra
captcha