IQNA

Ali Rəhbər Ayətullah Xamenei səs verib

10:31 - May 20, 2017
Xəbər sayı: 3481670
Dünən səhər Ali Rəhbər Ayətullah Xamenei İmam Xomeyni (rə) adına hüseyniyyə gələrək səs verib.

Ali Rəhbər Ayətullah Xamenei səs verib

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) Maide.Az-a istinadla xəbər verir ki, dünən səhər yerli vaxtla saat 08:00-da Ali Rəhbər Ayətullah Xamenei İmam Xomeyni (rə) adına hüseyniyyə gələrək səs verib.

Ayətullah Xamenei səs verdikdən sonra seçki təşkilatçılarına və xalqa bir neçə tövsiyə etdi: "Allaha ölkəmizə demokratiya, seçki neməti verdiyi və xalqın seçkilərdə geniş iştirakı üçün şükür edirəm. Bu böyük nemətdir. Allaha şükürlər olsun ki, xalqımız da bu nemətin qədrini bilir, ona görə aktiv iştirak edir. Mənim tövsiyəm budur ki, bacardıqları qədər səsvermədə aktiv olsunlar və səsverməni tez həyata keçirsinlər. Düşünürəm yaxşı işi gərək tez yerinə yetirəsən və gecikdirmək olmaz. Fikrimcə prezident seçkiləri çox önəmlidir. Ölkənin taleyi icra orqanı rəhbərini seçən xalqın əlindədir, bu işin önəminə diqqət edin”.

Ayətullah Xamenei həmçinin şuralar və parlamentə əlavə seçkilərin önəmindən danışıb. "Şəhər və kənd şuraları seçkiləri də önəmldiir. Çünki seçilən şəxslər şəhər və kəndlərdə xalqın gündəlik problemlərinin həllində çalışacaq. Ona görə diqqət olunmalıdır və tanıdıqları şəxsə səs versinlər inşallah”.


captcha