IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.Az-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı rejim qüvvələrinin Qətif əyalətinin Avamiyyə bölgəsində Sihat qəsəbəsinə hücum zamanı 3 nəfər şəhid olub, bir neçə nəfər yaralanıb.
Səudiyyə Ərəbistan rejim hərbiçiləri artıq ikinci gündür ki, Avamiyyə bölgəsində əhaliyə hücumları davam etdirir.
Şənbə günü səhər Səudiyyə Ərəbistan KİV-ləri məlumat yayıb ki, hərbiçilər Əhli-beyt (ə) ardıcıllarına odlu silahla birbaşa atəş açıb. Bunun nəticəsində Cəfər Mubirik, Həsən Məhəmməd və Sadiq Dərviş adlı gənclər şəhid olub. Bir neçə nəfər yaralanıb.