İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.Az-a istinadla xəbər verir ki, BMT-nin Qadınlara Qarşı Hər Cür Ayrı-seçkiliyin qarşısının alınması Komitəsi (CEDAW) və Uşaq Hüquqları Komitəsinin (CRC) insan hüquqları üzrə mütəxəssisləri birgə yazılı bəyanat yayaraq Arakandakı zorakılıqları pisləyib.
Mütəxəssislər, Myanmar dövlət qurumlarının bölgədəki şiddətə dərhal son vermə və qadın və uşaqlara qarşı hücumların araşdırılaraq bu cinayətlərdə məsul şəxslərin istintaqa cəlb edilməsi çağırışı ediblər: "Cinayət, təcavüz və zorla evlərindən didərgin salınan və insan hüquqları pozuntularına məruz qalan xüsusilə Arakanlı qadın və uşaqların taleyindən narahatıq.”
Bəyanatda insan hüquqlarının ordu və digər təhlükəsizlik qüvvələri tərəfindən pozulması daha çox pislənilib.
BMT ekspertləri Myanmar hökumətinin beynəlxalq öhdəliklərini yerinə yetirməyə və bölgəni ziyarət etmək üçün insan hüquqları mütəxəssislərinə tam imkan verilməsinin zəruriliyini vurğulayıb.