IQNA

2017-ci ilin Sentyabr ayında dünyada baş verən ŞİƏOFOBİYA hesabatı + diaqram

7:05 - October 10, 2017
Xəbər sayı: 3482246
Cari ilin Sentyabr ayında dünyada ŞİƏ məzhəbinə qarşı həyata keçirilmiş 517 hadisə qeydə alınıb ki, bu hadisələrdə 100 şiə öldürülüb, 188 nəfər yaralanıb və 229 nəfər həbs edilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu ilin Məhərrəm ayının ilk on günlüyündə dünyada şiə məzhəbinə, şiələrə qarşı törədilmiş və şiələri təqhir edən müxtəlif hadisələr qeydə alınmışdır.

Bu məlumata əsasən, 2017-ci ilin Sentyabr ayının axır 10 günlüyündə, yəni Məhərrəmlik ayının başlandığı və keçirildiyi günlərdə, dünyanın müxtəlif guşələrində ŞİƏ məzhəbinə və şiələrə qarşı həyata keçirilmiş 517 hadisə qeydə alınıb ki, bu hadisələrdə 100 şiə öldürülüb, 188 nəfər yaralanıb və 229 nəfər həbs edilib.

Fars Körfəzi ölkələrində, o cümlədən Səudiyyə Ərəbistanı və Bəhreyndə şiələrə qarşı yeni məhdudiyyətlər və məhrumiyyətlər tətbiq edilmiş, aktiv ruhani və ictimai şəxsiyyətlər həbs edilmiş və onların xarici səfərləri ləğv olunmuşdur.

İraq və Əfqanıstanda əzadarlıq edən şiələrin gediş-gəliş yollarında və dini məkanlarında terror hadisələri törədilmişdir.

Malaziyada dövlət təhlükəsizlik qüvvələri Məhərrəmlik mərasimində iştirak edən 200 nəfər şiəni cavanları həbs etdi. Bundan əlavə Malaziyada şiələr həmişə təzyiqlərə məruz qalıb. Belə ki, onların məzhəbi mərasimlərinin keçirilməsinə, kitab çap etmələrinə və s... həmişə məhdudiyyətlər və qadağalar qoyulur.

Hindistanda şiələr digər məzhəblər və dinlər kimi bütün rifahi və ictimai imkanlardan yararlana bilmirlər və məzhəbi mərasimlərinin keçirilməsində məhdudiyyətlə üzləşirlər. Və bu ölkənin şiələri belə hesab edirlər ki, dövlət onları aldadır.

Misr dövləti keçən illərdə olduğu kimi bu il də Aşura əzadarlığı günlərində "Rəsul-Hüseyn (ə)" ziyarətgahının qapılarını əzadarların üzünə bağladı və şiələr bu müqəddəs məkanda əzadarlıq edə bilmədilər.

http://www.iqna.ir/fa/news/3650506


Teqlər: iqna ، şiə ، şiəofobiya ، anti-şiə
captcha