IQNA

Müsəlman alimlərin elmi irsi Londonda hərraca çıxarıldı

8:43 - October 24, 2017
Xəbər sayı: 3482300
İngiltərə paytaxtı Londonda yerləşən "Satbiz Auction House" sabah, həftənin 3-cü günü, dünyanın üç böyük qitəsinin müsəlman alimlərinin elmi irsini və müxtəlif incəsənət əsərlərini hərraca çıxaracaq.

İQNA-nın (Beynəlxalq Quran Xəbərləri Agentliyi) verdiyi xəbərə görə, İngiltərənin paytaxtı Londonda yerləşən "Satbiz Auction House" sabah, həftənin 3-cü günü, dünyanın üç böyük qitəsinin müsəlman alimlərinin elmi irsini və digər müxtəlif incəsənət əsərlərini hərraca çıxaracaq.

Hərraca çıxarılan elmi əsərlər arasında məşhur şərqli müsəlman alim Əbu Əli Sinanın tibb elmində yazdığı "QANUN" kitabının da qədim əlyazma nüsxəsi olacaqdır.

Dünyanın 40 ölkəsində 90 nümayəndəliyi olan "Satbiz Auction House" (auksion evi) hərrac mərkəzinin sabah, həftənin üçüncü günü, 25 Oktyabr 2017-ci il, keçirəcəyi sərgidə dünyanın müxtəlif ölkələrinin, o cümlədən müsəlman alimlərinin və incəsənət adamlarının 16 və 17-ci əsrlərdə ərsəyə gətirdikləri incəsənət əsərləri və 1000 ildən çox tarixi olan bəzi İslami əlyazma nüsxələri hərrac ediləcəkdir.

Bu əsərlərin arasında iranlı həkim və filosof Əbu Əli ibn Sinanın "Qanun", 4-cü hicri-qəməri əsrinin iranlı həkim və psixoloqu Əli İbn Abbas Məcusi Əhvazinin "Kamulus-Sənaətit-Tibbiyyə" və 8-ci hicri-qəməri əsrinin iranlı botanikaçı və əczaçısı Ziyauddin Əbu Məhəmməd Abdullah Əhməd ibn Məhəmməd Malikinin (İbn Bitar adı ilə məşhur olub) "Əl-Came li-müfrədatil-ədviyyə vəl-əğziyyə" kitablarının əlyazma nüsxələri də vardır.

Hər üç kitab orta əsrlərdə və ondan sonrakı dövürdə İslam tibbinin inkişafı və tibb elminin avropaya qədəm qoymasında və inkişafında əhəmiyyətli rola malik olub.

http://www.iqna.ir/fa/news/3655464


captcha