İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fələstin İnsan Haqları Mərkəzinin yaydığı hesabatda işğalçı İsrail rejiminin 9 min 101 fələstinli xəstənin Qəzzadan kənarda müalicə almasına mane olduğunu açıqlanıb.
Cari ilin əvvəlindən indiyədək müalicə üçün Qüds, Qərbi Şəriyə və sionist rejim xəstəxanalarına göndərilən 9 min 101 fələstinli xəstənin Qəzzadan çıxışına maneələr yaradılıb.
Bu rəqəmin Qəzzalı xəstələrin 46,5 faizini təşkil etdiyini açıqlayan təşkilat, işğalçı İsrail rejiminin 2008-2016-cı illər ərzində təxminən 29 min fələstinli xəstənin Qəzza zolağından müalicə üçün çıxmasına maneə törədildiyi bildirib.
Hesabatda xəstələrin ehtiyacı olan müalicəni ala bilməsinin beynəlxalq qanunlara görə, hüquq pozuntusu olduğu, Qəzza zolağından müalicə üçün çıxan xəstələrin də İsrail tərəfindən gündəlik təzyiqlərə məruz qaldığı vurğulanıb.
Qeyd edək ki, 2 milyona yaxın fələstinlinin yaşadığı Qəzza zolağı 2007-ci ildən indiyədək sionist İsrail rejiminin mühasirəsində saxlanılır. /maide.az/