IQNA

MƏHƏMMƏD – Avstriyada ən çox işlədilən ad

13:26 - January 07, 2018
Xəbər sayı: 3482609
Avstriyada əhalinin ən son siyahıya alınmasının nəticələrinə görə, 2017-ci ildə bu ökədə Məhəmməd adı "Aleksandr" və Maskimilyan" adlarından sonra üçüncü ən çox işlədilən ad olub.

MƏHƏMMƏD – Avstriyada ən çox işlədilən adİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Avstriyada əhalinin ən son siyahıya alınmasının nəticələrinə görə, 2017-ci ildə bu ökənin paytaxtı Vyadana Məhəmməd adı "Aleksandr" və Maskimilyan" adlarından sonra üçüncü ən çox işlədilən ad olub.

Avstriyanın "Kronin Zaytun" qəzeti bu barədə xəbər verərək yazır: Məhəmməd adının Vyanada ən çox işlədilən adlardan birinin olması bu ölkədə mədəniyyət çoxluğundan xəbər verir.

Qəzet əlavə edir: Məhəmməd adı öz- özülüyündə üçüncü sırada yer almamışdır. Bu adın "Mohamad", "Muhammad" və "Muhamed" kimi müxtəlif ləhcələr və dialektlərdə tələffüzünü nəzərə alaraq bu ad üçüncü yeri qazanmışdır.

Bu hesabata görə, 2017-ci ildə Avstriyada 175 nəfər Aleksandr, 161 nəfər Maksimilyan və 159 nəfərə Məhəmməd adl qoyulmuşdur.

Həmçinin İngiltərənin əhalinin siyahıya alınması mərkəzinin verdiyi hesabatda deyilir ki, bu ölkədə Məhəmməd adı 10 ən məşhur addan biridir və bu ölkənin ən qədim adları olan Vilyam, Ceymiz və Daniyal adlarından önə keçmişdir.

Qeyd edək ki, 2015- ci ildə Avstriyaya mühacirət edənlərin sayı 90 min nəfər olub ki, bu ölkənin 8 milyon 623 nəfərlik cəmiyyətinin 1 faizini təşkil edir.  

http://iqna.ir/fa/news/3679717

Teqlər: iqn ، avstriya ، vyana ، məhəmməd ، maksimilyan ، jeyzm ، aleksandr
captcha