IQNA

Bosniyada 481 illik mədrəsə -FOTO

9:09 - January 09, 2018
Xəbər sayı: 3482613
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda ən önəmli tarixi abidələrdən sayılan Qazi Hüsrəv bəy mədrəsəsinin 481 –ci il dönümü təntənə ilə qeyd olunub.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda ən önəmli tarixi abidələrdən sayılan  Qazi Hüsrəv bəy mədrəsəsinin 481 –ci il dönümü təntənə ilə qeyd olunub. Bu ölkənin ən qədim təhsil mərkəzi hesab edilən bu mədrəsə  5 əsrdir fəaliyyət göstərir. 
 
Qeyd edək ki,  Sultan 2. Bayezidin nəvəsi qazi Hüsrev Bey tərəfindən tikdirilən mədrəsədə fasiləsiz  təhsil sistemi mövcud olub. Hətta communist Yuqoslaviya dönəmində belə (1992-1995) Sarayevonun müharibə mərkəzi olduğu vaxtda belə qapılarını bağlamayıb. 
 
Mədrəsə ingilis, ərəb və türk dilində dərslər keçirilir. Mədrəsədə  Quran, din və hədis dərsləri ilə yanaşı  riyaziyyat, biyologiya və bu kimi dərslərdə keçirilir.  Verilən diplom digər məktəblərin və litseylərin sənədləri ilə eyni statusu daşıyır. 
 
Əksər bosniyalı ailələr öz uşaqlarının burada təhsil almasına önəm verirlər.  Məzunlar məktəbi bitirdikdən istənilən Ali məktəbdə təhsillərini davam etdirə bilərlər. /maide.az/
Teqlər: iqna ، bosniya ، mədrəsə ، qazi hüsrəv
captcha