IQNA

Cənubi Koreya qış olimpia oyunları üçün namazxana hazırladı

15:30 - January 10, 2018
Xəbər sayı: 3482624
Cənubi Koreyanın turizm təşkilatı qış olimpiada oyunları üçün Qanq Nyunq şəhərində namazxanan tikildiyini elan edib. Bu namazxana oyunların keçirildiyi yerin 20 kilometrliyindədir.

Cənubi Koreyada qış olimpia oyunları üçün namazxana hazırladıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Cənubi Koreyanın turizm təşkilatı qış olimpiada oyunları üçün Qanqnyunq şəhərində namazxanan tikildiyini elan edib.

Bu namazxana "Pyunqçanq 2018 qış olimpiadası" oyunlarının keçirildiyi yerin 20 kilometrliyində müsəlman turistlər üçün nəzərdə tutulmuşdur.

Cənubi Koreyanın turizm təşkilatı Orta Şərq və Asiyanın cənub- şərqindən gələn müsəlman turistlərin coxaldığını vurğulayaraq elan edib ki, bu namazxana cari ilin Fevral ayından "Pyunqçanq 2018 qış olimpiadası" oyunlarının tamaşasına gələn müsəlmanlara ximdət göstərəcək.

Namazxana namazqılanlar üçün lazım olan avadanlıqlarla, o cümlədən hamam, tualet, dəstəmaz yeri, istilik sistemi və s... təchiz edilmişdir. Namazxana da müsəlmanlar üçün Qurani- Kərim nüsxələri də qoyulmuşdur.

Bundan əlavə Cənubi Koreyanın beynəlxalq hava limanı, qatar stansiyaları, Nami adası və Minsuk qəsəbəsi namazxanalar ilə təchiz edilib.

Keçən il Cənubi Koreyaya gedən müsəlmanların sayı 930 min nəfər olub ki, bu da 2012-ci ildə bu ölkəyə səfər edən 540 min müsəlmanın təqribən iki bərabəridir və çox böyük artımdır.    

 http://iqna.ir/fa/news/3680740

Cənubi Koreya qış olimpia oyunları üçün namazxana hazırladı

 

Cənubi Koreya qış olimpia oyunları üçün namazxana hazırladı

captcha