IQNA

MƏHƏMMƏD; Almaniyada ən sevimli adların sırasında

17:13 - January 26, 2018
Xəbər sayı: 3482693
Almaniyanın dilçilik alimlərinin bildirdiyinə görə, MƏHƏMMƏD adı gələn üç il ərzində bu ölkənin on ən sevimli və populyar adları siyahısında yer alacaqdır.

MƏHƏMMƏD; Almaniyada ən sevimli adların sırasındaİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyanın dilçilik alimlərinin bildirdiyinə görə, MƏHƏMMƏD adı gələn üç il ərzində bu ölkənin on ən sevimli və populyar adları siyahısında yer alacaqdır.

Almaniyanın “dil dərnəyi” MƏHƏMMƏD adının yayılması barədə dedi: Bu adın ölkədə yayılmasının səbəbi 2015-ci idlən bəri ölkəyə daxil olan mühacir və miqrantların çoxalmasıdır. Buna görə də bu ad ölkə səviyyəsində geniş yayılmaqdadır.

Bu məlumata görə, MƏHƏMMƏD adı 2015-ci ildə populyar adlar arasında 41-ci yerdə olduğu halda 2016-cı ildə 26 yeri tutdu. Və gələn illərdə isə bu adın daha da çoxalması və məşhur adların siyahısının ilk onluğunda yer alması ehtimal edilir.

Qeyd edək ki, Almaniyanın dilçi alimləri və ekspertlərinin bu ad barədə araşdırmaları MƏHƏMMƏD adının İniglis dilində digər yazılışlarına, o cümlədən Muhammad, Mohammaed, Mohammad və Muhammed, şamil edilmir.

Məhəmməd adı Avstriyanın populyar adları sırasında uşaqlara qoyulan ən sevimli adder və Vyana ən çox işlədilən adlar sırasında üçüncü yeri tutur. Bundan əlavə Məhəmmdə adı 2017-ci ildə İngiltərədə ən çox sevilən adlar siyahısında ikinci yerdə qərarlaşıb. İngiltərənin milli statistika idarəsinin verdiyi məlumata görə, MƏHƏMMƏD adı bu ölkənin ən qədim adları olan Vilyam, Ceymiz və Daniyal adlarını da önləyibdir.   

http://iqna.ir/fa/news/3685422

Teqlər: iqna ، məhəmməd ، avropa ، almaniya ، avstriya
captcha