IQNA

Müsəlman tələbələrin VI beynəlxalq Quran yarışları başladı

23:16 - April 27, 2018
Xəbər sayı: 3483088
Imam Rza (ə) hərəminin İslami Araşdırmalar Mərkəzinin binasında Müsəlman Ölkələrinin Universitet Tələbələrinin 6-cı Beynəlxalq Qurani-Kərim Yarışları, yerli vaxtla saat 15:30-da öz işinə başladı.

Müsəlman tələbələrin VI beynəlxalq Quran yarışları başladıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, həftənin Cümə günü, 27 Aprel 2018-ci il, günün ikinci yarısında, İran İslam Respublikasının müqəddəs Məşhəd şəhərində, mehribanlıqlar imamı, Əhli-Beytdən (ə) olan 8-ci məsum rəhbər Həzrət İmam Rzanın (ə) hərəminin qonşuluğunda, Imam Rza (ə) hərəminin İslami Araşdırmalar Mərkəzinin binasında Müsəlman Ölkələrinin Universitet Tələbələrinin 6-cı Beynəlxalq Qurani-Kərim Yarışları, yerli vaxtla saat 15:30-da öz işinə başladı.

Yarışların açılış mərasimi Müsəlman Ölkələrinin Universitet Tələbələrinin V Beynəlxalq Qurani-Kərim Yarışlarının peşəkar qiraət üzrə birincisi Vəhid Xozayinin Quran qiraəti ilə başladı. Daha sonra isə İran İslam Respublikasının "Cihade Daneşgahi Təşkilatı"nın rəisi (Universitetlərdə elmi və mədəni cihad) Seyid Həmidrza Təyyibi çıxış etdi.

Mərasimin davamında yarışların ilkin mərhələsinə start verilərək bir neçə Quran qarisi və hafizi öz tapşırıqlarını icra etdilər.

Yarışlar Məşhəd üfüqü ilə Axşam namazınadək davam etdi. Sabah da, həftənin Şənbə günü, 28 Aprel 2018-ci il, ilkin mərhələnin rəqabətləri Axşam namazınadək davam edəcəkdir.

http://khorasan.iqna.ir/fa/news/3709527

 

captcha