IQNA

ABŞ-ın Vyana razılaşmasından çıxması onun beynəlxalq etibarının sonu olacaq

6:41 - May 04, 2018
Xəbər sayı: 3483118
Amerikanın "hərtərəfli birgə fəaliyyət planı müqaviləsi"ndən çıxması bu dövlət üçün böyük beynəlxalq rüsvayçılıq olacaqdır.

ABŞ-ın Vyana razılaşmasından çıxması onun beynəlxalq etibarının sonu olacaqİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Ali İslam Şurası (Milli Məclis) rəisinin müşaviri Mənsur Həqiqətpur İQNA ilə müsahibəsində ABŞ prezidenti Donald Trampın Vyana razılaşmasından (5+1 ölkələrinin hərtərəfli birgə fəaliyyət planı müqaviləsi) guya May ayının12-də çıxacağı barədə qərarını analiz edərək dedi: Trampın bu razılaşmadan çıxması Amerikanın beynəlxalq etibarının sonu deməkdir. Baxmayaraq ki, ABŞ-ın beynəlxalq müqavilələri ayaqaltına atması barədə pisliklə zəngin keçmişi ona elə də bir etibar saxlamayıb.

O əlavə etdi: Amerikanın "hərtərəfli birgə fəaliyyət planı müqaviləsi"ndən çıxması bu dövlət üçün böyük beynəlxalq rüsvayçılıq olacaqdır. Və sübut edəcəkdir ki, Amerikaya heç bir halda heç cür etibar etmək olmaz. Həmçinin bu məsələ digər ölkələrə də bir mesaj olacaqdır ki, amerikalılar ilə heç bir razılaşma və müqaviləni imzalamaq olmaz.

Həqiqətpur vurğuladı: Buna görə də amerikalılar bu razılaşmanı pozmayacaqlar. Amma ona əməl də etməyəcəklər. Onlar İran əleyhinə sanksiyaları müxtəlif bəhanələr ilə, o cümlədən insan haqlarını, terrorizmi dəstəkləmək və raket gücü kimi məsələləri bəhanə edərək davam etdirəcək və gücləndirəcəklər.

O əlavə etdi: Amerikalılar Asiyanın qərbində İranın ağır çəkisini öz əleyhilərinə təhdid hesab edirlər. Onlar heç bir müstəqil ölkənin güclənməsini istəmirlər. Buna görə də İranın regionda güclənməsini öz yeni sanksiyaları üçün bəhanə edirlər.  

Həqiqətpur vurğuladı: İran İslam Respublikasının ədalət, zülm qarşısında müqavimət və azadlıq şüarını region və dünya ölkələrinə çatıdırıb. Və deyib ki, ABŞ dünyanı təhdid edir və istəyir ki, zorla dünyanı özünə tab etsin. Digər tərəfdən də İranın ismarıcı Yəmən, Suriya və İraq kimi ölkələrdə xalqın qələbəsi ilə nəticələnib və ABŞ-ın regiondakı planı alt-üst olub.

Milli Məclisin müşaviri xatırlatdı: Buna görə də Amerika bu razılaşmadan çıxmayacaq, amma öz şeytanlığına da davam edəcəkdir. İranın regional hərəkətini və raket gücünü məhdud etməyə çalışacaqdır.

Həqiqətpur sonda vurğuladı: Əgər ABŞ həqiqətən də "hərtərəfli birgə fəaliyyət planı müqaviləsi"ndən kənara çəkilərsə, İran üçün bu planı Avropa ölkələri davam etdirmək faydalı olmayacaqdır. Çünki Avropa ölkələri ABŞ-dan qorxur. Onlar bankları Amerikanın qorxusundan İran bankları ilə həmkarlıq etmirlər. Belə olan halda biz öz maraqlarımız yönündə lazım olan qərarları qəbul edəcəyik.            

http://iqna.ir/fa/news/3710866

 

captcha