IQNA

Qranadanın Came məscidində Quranın Ramazan xətmi

9:58 - May 29, 2018
Xəbər sayı: 3483237
İspaniyanın tarixi Andalusiya əyalətinin Qranada şəhərinin Came məscidi mübarək Ramazan ayı boyunca müsəlmanlara evsahibliyi edir.

Qranadanın Came məscidinə Quranın Ramazan xətmiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İspaniyanın tarixi Andalusiya əyalətinin Qranada şəhərinin Came məscidi mübarək Ramazan ayı boyunca müsəlmanlara evsahibliyi edir.

Qranda məscidində müsəlmanlar hər gün namaz qılıb, iftar etdikdən sonra Quran qirəti ilə məşğul olurlar.

Bu Came məscidə namaz qılmağa gələn müsəlmanlar hər gün əvvəlcə xurma və süd ilə iftar edirlər. Sonra namazlarını qılırlar. Namazdan sonra isə oruc tutanlara "mərakeş supu" verilir.

Məscidin qonaqları hər gün Təravih namazı (əhli-sünnənin müstəhəb namazı) qılır və Qurani-Kərimi tilavət edirlər. Bu məscidin Quran xətmi proqramı çərçivəsində Ramazan ayında Qurani-Kərim iki dəfə xətm edilir.

Məscidin "üməna heyəti"nin dediyinə görə, məscidin tikilişi 30 il öncə başlamışdır. Sonra maddi problemlərə görə, tikintisi uzun müddət dayanmışdır. Daha sonra isə 2003-cü ildə məscidin tikintisi başa çatdırılmışdır. Hazırda isə məscidin işlərinin davamı üçün bütün dünya müsəlmanlarının köməyinə ehtiyac vardır.

Qrandanın Came məscidi bu şəhərin məşhur tarixi "Alhamra sarayı"na yaxındır. Bu saray İslam memarlığının 15-ci əsrdən qalmış şah əsəridir.

Qeyd edək ki, müsəlmanlar Hicri-Qəməri tarixi ilə birinci əsrdən başlayaraq 800 il Avropanın cənubunda yerləşən Andalusiyaya hakimiyyət etmişlər.      

http://iqna.ir/fa/news/3718395

captcha