İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanında vəhabi şeyxlərinin 35 il öncə şüşəyə saldqıları CİN bu günlərdə şüşədən çıxa bilib.
Səudiyyə Ərəbistanında ilk dəfə Ərəbcəyə dublaj edilmiş xarici film kinoklublarda ekran edilib. Ərəbistanda yeni tarixə düşən bu film "Hotel Transilvanya 3: Yay tətilləri" adlanır.
Xəbər qaynaqlarının yaydığı məlumata görə, Riyaz kinoklublarında ekran edilən bu film Ərəb dilinə dublaj edilmiş ilk kinofilmdir.
Bu filmi ərəblərin məşhur aktyorları Riya Əbi Raşid və Qüsəyy Xəzər səsləndiriblər.
Kinoda qorxulu "quleybani" varlıqlardan birinin ailəsi yay tətilləri üçün bir dənizə səyahətə çıxırlar. Səyahət gəmisində maraqlı hadisələr baş verir.
Qeyd edək ki, 35 il öncə Səudiyyənin vəhabi şeyxləri xarici kinoların Ərəbistan kinoklublarında ekran edilməsinə və eləcə də ümumiyyətlə kinoklubların fəaliyyətinə qadağa qoymuşdular. Bu qadağa cari ilin Aprel ayında götürüldü və ölkənin paytaxtı Riyazda ilk kinoklub öz işinə başladı.
http://iqna.ir/fa/news/3729969