İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının paytaxtı Tehranda cari ilin Qurban bayramı namazı gələn həftənin üçüncü günü, 22 Avqust 2018-ci il, İmam Xomeyni (r.ə) adına müsəlləda qılanacaqdır.
Tehranın "Cümə Namazı Qərargahı"nın elan etdiyinə görə, Qurban bayramı namazı Höccətul-islam vəl-müslimin Seyid Əhməd Xatəminin imaməti ilə icra ediləcəkdir.
Nəqliyyat sevisləri namazqılanları müsəllaya daşımaq üçün yerli vaxtla səhər saat 6:00-da Tehranın əsas meydanlarında hazır olacaqlar.
İmam Xomeyni (r.ə) müsəllasının qapıları saat 6:30-da açılacaq və Qurban bayramı namazı saat 7:00-da başlayaraq saat 8:00-dək davam edəcəkdir.