İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi "Brett Mc. Govern"in dünən, həftənin ikinci günü, 28 Avqust 2018-ci il, "Beynəlxalq Anti-İŞİD Koalisiyası"nın tərkibində İraqın paytaxtı Bağdada səfər etməsi bu ölkədə yaşayan şiələrin qəzəblənməsinə və etirazına səbəb olub.
Bundan əlavə Hadi Amirinin rəhbərlik etdiyi "Fəth" koalisiyası və Nuri Malikinin rəhbərlik etdiyi "Qanun Dövləti" koalisiyası da ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi "Brett Mc. Govern"in İraqa gəlməsinə etiraz ediblər.
İraqın prezidenti Fuad Məsum gələn həftə ərzində parlament iclasının çağırılmasını tələb etdib. Siyasi mənbələr də bunu əsas götürərək qeyd edirlər ki, Trampın nümayəndəsi bəzi siyasi koalisiyalara İraqda Amerikanın arzuladığı dövlətin qurulmasının sürətləndirilməsi barədə təzyiq edəcəkdir.
Xəbər mənbələrinin verdiyi məlumata əsasən, İraqın bəzi nüfuzlu şəxsiyyətləri və siyasi partiyalar ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi "Brett Mc. Govern"in İraqa gəlməsinə etiraz olaraq onunla görüşməyəcəklər.