İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İmam Musa Sədr və iki dostu, Şeyx Məhəmməd Yəqub və jurnalist Abbas Bədrüddin, 1978-ci ilin Avqust ayının 31-də, 40 il öncə, Müəmmər Qəzzafinin dəvəti ilə Livandan Liviyaya səfər edir, amma bu səfərdən geri qayıtmır.
İmam Musa Sədrinin oğurlanmasının 40-cı ildönümü münasibəti ilə Livanın rəsmi adamları, o cümlədən Sə`d Həriri (Livanın baş naziri), Cübran Basil (Xarici İşlər Naziri) və Mişel Oun (Livanın prezidenti) soasial şəbəkə üzərindən mesaj veriblər.
Sə`d Həriri öz "tyuter" hesabında yazıb: "İmam Musa Sədrin oğurlanmasının 40-cı ilində biz onun mənəvi şəxsiyyətini, Livanı müdafiə etməsini və müxtəlif təbəqələrdən olan insanlara dostcasına yaşamağı öyrədən bir insanı yad edirik."
Həriri əlavə edib: İmam Musa Sədrin oğurlanması məsələsini araşdırmaq Livanın bütün problemlərinin başında durur.
Livanın prezidenti Mişel Oun yazıb: Bu gün bizim Musa Sədrin və silahdaşlarının vücuduna çox ehtiyacımız var. Onlar Livan xalqına ilahmverici qaynaq, ölkənin siyasi, əxlaqi inkişafı üçün hidayətçidirlər.
Livanın Xarixi İşlər Naziri Cübran Basil deyib: İmam Musa Sədr və silahdaşları Livan xalqının müqavimət və müdafiəsinin vicdan səsidir.