Əhli-beyt (ə) mədahları və aktyorların iştirakı ilə Şəhriyar adına Mədəniyyət Mərkəzində baş tutan tamaşada Həzrət Fatimə (s.ə.) haqqında rəvayət, hədis, mərsiyə, nohələrdən istifadə olunub.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bakıda, Həzrət Fatimeyi-Zəhranın (s.ə.) həyatı və şəhadətini əks etdirən teatr tamaşası təşkil olunub.
Maide.Az xəbər verir ki, Əhli-beyt (ə) mədahları və aktyorların iştirakı ilə Şəhriyar adına Mədəniyyət Mərkəzində baş tutan tamaşada Həzrət Fatimə (s.ə.) haqqında rəvayət, hədis, mərsiyə, nohələrdən istifadə olunub.
Eyni zamanda bütün bunların Əhli-beyt (ə) məddahların ifasında olması da geniş maraqla qarşılanıb.
14 aktyor və 5 Əhli-beyt (ə) məddahının rol aldığı tamaşada əsasən Qədir-Xum hadisəsindən Xanım Zəhranın (s.ə.) şəhadətinə qədər olan tarixi hadisələr səhnələşdirilib.