IQNA

İsrail indiyədək 294 dəfə Azan qadağası tətbiq edib

16:04 - July 02, 2019
Xəbər sayı: 3485437
Fələstinin İslami Fondlar Nazirliyi elan edib: Sionist İsrail rejimi keçən altı ay ərzində əl-Xəlil şəhərinin "İbrahimi" məscidində 294 dəfə səsucaldıcılarla Azan deyilməsini qadağan edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fələstinin İslami Fondlar Nazirliyi elan edib: Sionist İsrail rejimi keçən altı ay ərzində əl-Xəlil şəhərinin "İbrahimi" məscidində 294 dəfə səsucaldıcılarla Azan deyilməsini qadağan edib.

Elanda deyilir: İşğalçı İsrail rejimi mərmurları cari ilin əvvəlindən indiyədək işğal olunmuş qəbr sahillərində yerləşən əl-Xəlil şəhərinin İbrahimi məscidində səsucaldıcılardan Azan deyilməsinə 294 dəfə mane olub. Bunun 51 dəfəsi təkcə cari ilin İyun ayında baş verib.

Qeyd edək ki, 1972-ci ildə İsrail rəsmiləri yəhudilərə icazə verdilər ki, İbrahimi məscidinin bir hissəsində namaz qılsınlar. 1994-cü ildə bu məsciddə 29 nəfər namazqılanın ölümü ilə nəticələnən qətliamdan sonra məscid müsəlman və yəhudilər arasında iki yerə bölündü. Həmin vaxtdan İsrail yəhudilərin bayram günlərində müsəlmanlara bu məsciddə namaz qılmağa və Azan verməyə imkan vermir.

əl-Xəlil şəhərinin yəhudi şəhərciyində 400 sionist ailəsi yaşayır. Həmin yəhudi ailələri 1500 nəfər hərbiçi qoruyur.

http://iqna.ir/fa/news/3823882

captcha