İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İndoneziya cavanları üçün qiraət bir növ fəzilətdir ki, dindarda olmalıdır. Onlar uşaqlıq çağından Quran oxumağı öyrənir, bəziləri Quranı hifz edirlər. Buna görə dövlət təhsil ocaqları da cavanların bu layiqli işini mükafatlandırmaq fikrindədir.
İndoneziyanın dövlət universitetləri "Müvəffəqiyyət Yolu" proqramı əsasında Quran hafizlərinin ali təhsil ocaqlarının incəsənət, texnologiya və digər elmi ixtisasları üzrə imtahansız qəbulu layihəsini hazırlayıblar.
Dövlət universitetlərinin on bir faizi "Müvəffəqiyyət Yolu" proqramının icrası yönündə bu layihəni qəbul edəcəkləri gözlənilir.