Tehran, 09.11.2016- Cəmiyyətin fərqli təbəqələrində Quran qiraəti ənənəsinin yayılması məqsədi ilə 16 dildə "Ən Yaxşı Qiraət" adlı internet üzərindən səsvermə yolu ilə bir ictimai sorğu keçirildi.
İQNA - 5 sorğudan ibarət bu səsvermənin birinci hissəsi
iyun ayında İranın məşhur Quran qariləri Əhməd Əbul-Qasımi, Məhəmməd Purzərgəri,
Həmid Şakirnejad, Səid Tusi və Mənsur Qəsrizadə, ikinci hissəsi isə Avqust ayında Salih
Əthərifərd, Əmin Puya, Məhdi Adili, Həmidrza Əhmədi Vəfa və Hüseyn Rüstəmiarasında
baş tutdu.
25 qari arasında keçiriləcəyi gözlənilən bu səsvermə, 5 mərhələdən ibarət sorğu şəklində hazırlanmışdır. Səsvermədən
sonra sorğuda iştirak edən 5 Quran qarisindən biri seçilir. Ümumi nəticədə 5
sorğunun sonunda 25 nəfərdə yalnız 5 nəfəri finala çıxacaq. Bunun ardından da
hazırlanan final sorğusunda İranın ən yaxşı Quran qarisi sizin verdiyiniz səslərlə
müəyyən ediləcək.
Hazırda Məhəmməd Kazimi, Seyyid Məhəmməd Cəvad Hüseyni, Hamid Şakirnejad, Abbas
Haşimi və Hüseyn Ferdinin iştirakı ilə səsvermənin ikinci mərhələsi keçirilir.
Sorğular saytın Ön Səhifəsində yer alır. Fikirinizi ətraflı çatdırmaq üçün də
xəbərin altında şərh yaza bilərsiniz.